noscript

Contact us

Order design

Akkord Qrup üçün logotip və korporativ üslub

Akkord Korporasiyası Cənubi Qafqazın inşaat sektorunun lider şirkətlərindən biridir. Şirkət qısa müddət ərzində yaşayış və qeyri-yaşayış binalarının inşasında, infrastruktur layihələrində, eləcə də tikinti materialları istehsalında yüksək səviyyəyə çatmışdır.

Məqsədimiz şirkətin həyatında yeni mərhələni əks etdirən obraz yaratmaq idi.

Brendi incələyərək zəngin mədəni irsini, zamanın tələblərinə uyğun davamlı inkişafını və yenilikçi baxışlarını nəzərə alıb əsaslanan yeni logo hazırladıq.

İlk növbədə, simvol ve yazını bir-birinden ayırdıq. Nəticədə iki müstəqil brendi tanımlayacaq hissələr yarandı. Bu mustəqillik loqoya brendin müxtəlif daşıyıcılarından asılı olaraq istər birlikdə, istər ayrılıqda istifadə olunmaq imkanı yaradır.

Simvoldakı dairəvi forma mülayimlik və yumşaqlıq təəssüratı yaradır. Künclərin olmaması onun artıq olan düşüncələrdən təmizlənmiş olmasını göstərir. 

Dairənin içindəki qövs "A" hərfinin stilizə olunmuş forması ilə bərabər üfüq xəttini də simvolizə edərək, alınan mənzərəni iki hissəyə, təmiz səma və təmiz yerə, bölür. Üfüq xətti aydınlıq, gələcəyə doğru baxış kimi fikirləri özündə cəmləyir. 

Bənövşəyi rəng çılğın, inqilabi düşüncə, innovativ fikir təəssüratı yaratsa da rəngdə müəyyən tündlük vardır. Rənglərdəki tündlük müdrikliyi, təmkinliliyi ifadə edir. Beləliklə, bənövşəyi rəng enerji dolu ekpressiya ilə müdrikliyin tənzimlənmiş formasıdır.

1akkord_logobig.jpg
1akkord_case.jpg
2akkord_case.jpg
3akkord_case.jpg
4akkord_case.jpg
5akkord_case.jpg
6akkord_case.jpg
7akkord_case.jpg
8akkord_case.jpg