Qərara gəldik ki, yaradacığımız ikinci əlifba isə Qazaxıstan əlifbası olsun. Bu dildə olan əlifbamız da şəkilli və səsli olaraq hazırlanmışdır.
Ofisiant uzaqda belə olsa pulqabındakı yaşıl ikonu görüb ödənişi götürüb-götürməməli olduğunu anlayıb, stola yaxınlaşır və əlavə sual vermədən ödənişi götürür.
Hamımız paltar aldğımız zaman onu geyinib üstümüzdə yoxlamaq üçün paltardəyişmə kabinkalarından istifadə edirik. Bu kabinlərin girişi bəzən tam olaraq pərdə ilə bağlamaq olmur və bu bizdə diskomfort hissi yaradır.
Təyyarələrdə uzun müddətli səyahətlər zamanı çoxumuz yorğunlumuz çıxartmaq üçün yuxuya gedirik. Lakin reys ərzində yemək verildiyi zaman bəzən Siz istəməsəniz belə stüardessa sizi oyadır, yemək təklif edir və ya Siz yemək istədiyiniz zaman sizi oyatmır.
Jeykhun Imanov Studio olaraq biz 10 il ərzində kiçik bir otaqdan böyük şirkətə qədər uğurlu bir yol keçdik. Bu müddət ərzində komanda üzvlərimiz biliklərini təkmilləşdirərək zəngin təcrübəyə yiyələndilər.
Əlifba hər bir dilin təməlidir. Bir dili öyrənmək üçün ilk olaraq onun əlifbası ilə tanış olmaq lazım olur. Çünki sözlər, ifadələr və cümlələr əlifbaya daxil olan hərflərdən təşkil olunur.
“İctimai WiFi kamera” ideyasının əsas məqsədi səyahətçilərin bəyəndiyi məkanı şəkillərdə tam əhatə etməsinə imkan yaratmaqdır.
Bəzən aeroportlarda qeydiyyat zamanı digər sərnişinlərin pasportlarının üz qabığına nəzər yetirməyə başlayırıq. Bu həm maraqdan, həm də vaxtı tez keçirmək istəyimizdən baş verir.
Noutbukların proyektora ayrı-ayrılıqda birləşdirilməsinə son qoymağın vaxtı çatdı.
Günəşli günlərdə sükan və oturacaqlar maşında çox qızırlar ki, bu da idarəetmə zamanı diskomfort yaradır. Bundan başqa, hətta çox qısa müddətə də olsa maşında hər hansı bir əşya və ya məhsulu saxlamaq mümkün olmur.